T.C. Mİllî Eğİtİm BakanlIğI
BAKANLIK / Y.Dışı-Azerbaycan - Azerbaycan Bakü Türk Anadolu Lisesi

BTO şair və yazarlar buluşması

26.10.2018-ci ildə Bakı Türk Anadolu liseyinin konferans salonunda təşkil olunmuş tədbirdə görkəmli Azərbaycan yazıçısı , publisist, dramaturq Elçin Hüseynbəyli dəvət olunmuşdu. Tədbiri Bakı Türk Anadolu liseyinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Gülər Abdullayeva təşkil etmişdi. Tədbirdə 9 A, 10 C və 10 D sinif şagirdləri, Bakı Türk Okulları liseyinin müdiri Nurullah Feyzi Yazıcı və müəllimlərimiz iştirak edirdilər.  Azərbaycan və Türkiyə dövlətlərinin milli marşları səsləndikdən sonra Bakı Türk Okullarının müdiri Nurullah Feyzi Yazıcı tədbiri açıq elan etdi. Sunucular 10. sinif şagirdlərimiz Nadir Haqverdiyev və Ayan Mahmudova idi. Onlar Elçin Hüseynbəylinin həyatı haqqında tədbir iştirakçılarına geniş məlumat verdilər. Tədbirdə Elçin müəllim çıxış etdi və şagirdlər tərəfindən ona ünvanlanan sualları cavablandırdı. sonda yazıçı tədbir iştirakçılarına yeni çap olunmuş kitablarını hədiyyə etdi.

12-12-201812-12-201812-12-201812-12-2018

Paylaş Facebook  Paylaş twitter  Paylaş google  Paylaş linkedin
Yayın: 12.12.2018 - Güncelleme: 12.12.2018 18:44 - Görüntülenme: 575
  Beğen | 0  kişi beğendi